Birdən çox hesab açmaq qadağandır və aşkar edildiyi təqdirdə bütün hesablar müvəqqəti bağlanacaq.
Hesabınızı başqasına verməyin. Hesabınızda baş verən bütün fəaliyyətlər sizin məsuliyyətinizdədir.
Platformda şəxsi ünvan, telefon nömrəsi kimi məlumatları paylaşmayın.
Platform 13 yaş və yuxarı oyunçular üçündür. 13 yaşdan kiçik istifadəçilər qeydiyyat keçə bilməz.
Moderator qərarlarına etiraz olduqda müraciət vasitəsilə admin komandası ilə əlaqə saxlayın.
Aimbotlar, wall hack, speed hack və s. proqramların istifadəsi hesabın daimi bloklanmasına səbəb olacaq.
Oyundakı texniki qüsurlardan qəsdən faydalanmaq qadağandır. Tapılan buglar dərhal admina bildirilməlidir.
Hesab xalı əldə etmək üçün qəsdən uduzma qadağandır. Şübhəli hərəkətlər araşdırılacaq.
Bütün oyunçular fair play prinsipinə əməl etməlidir. Oyunçulara hörmət edilməlidir.
Gecikən oyunçuların yeri alternativ oyunçu ilə doldurulacaq.
Son 24 saat ərzində qeydiyyatı ləğv etmək növbəti turnirdən diskvalifikasiyaya gətirib çıxara bilər.
Oyun bitdikdən sonra 30 dəqiqə keçərsə şikayət qəbul edilmir.
Ödəniş məlumatlarınızı profildə düzgün qeyd edin.
Komandalarda minimum 5, maksimum 8 oyunçu ola bilər. Qeydiyyat zamanı tam heyətin adları göstərilməlidir.
Üzv sayı 5-dən aşağı düşərsə klan 7 günlük xəbərdarlıq dövrünə keçir.
Təhqiredici, ayrıseçkiçi və ya digər klanlara oxşar adlar qadağandır.
Uzun müddət qeyri-aktiv klanlar arşivlənə bilər.
Yeni klana qoşulmaq üçün əvvəlcə mövcud klandan çıxmalısınız.
Digər oyunçulara hörmətsizlik, irqçi, cinsi ayrıseçkiçi ifadələr qadağandır.
Eyni mesajın dəfələrlə göndərilməsi chat-in bloklanmasına gətirib çıxaracaq.
Digər platformalara, xidmətlərə icazəsiz reklam etmək yasaqdır.
İhlalların ağırlığına görə aşağıdakı cəzalar tətbiq edilir:
Söyüş / Təhqir — 1-ci: 1 gün ban · 2-ci: 7 gün ban · 3-cü: Daimi ban
Spam — 1-ci: Xəbərdarlıq · 2-ci: 3 gün ban · 3-cü: 14 gün ban
Cheat istifadəsi — 1-ci: Daimi ban
Bug istifadəsi — 1-ci: 7 gün ban · 2-ci: 30 gün ban · 3-cü: Daimi ban
Çoxlu hesab — 1-ci: Bütün hesablar 30 gün ban · 2-ci: Daimi ban
Match-fixing — 1-ci: Turnirdən kənarlaşdırma · 2-ci: 60 gün ban · 3-cü: Daimi ban
Qeyd: Admin komandası ağır ihlallarda birbaşa daimi ban tətbiq etmək hüququna malikdir. Bütün qərarlar sənədləşdirilir.