Yüklənir..

TEZ
MENYU

FAQ
BAŞQA SUALIN VAR?
BURAYA KLİK ET!
  • Q
    Qeydiyyatdan keçmək pulludurmu?
    A

    Xeyr, tamamilə pulsuzdur. PointBlank AZ-da qeydiyyat həmişə pulsuz olacaq. Yalnız mağazadakı bəzi məhsullar ücretlidir.

  • Q
    Şifrəmi unutdum, nə etməliyəm?
    A

    Giriş səhifəsindəki "Şifrəmi unutdum" düyməsini basın. E-poçtunuza sıfırlama linki göndəriləcək.

    15 dəqiqə ərzində gəlmirsə spam qovluğunu yoxlayın.

  • Q
    Birdən çox hesab aça bilərəmmi?
    A

    Xeyr. Hər oyunçu yalnız bir hesab aça bilər. Birdən çox hesab aşkar edildiyi halda bütün hesablar bloklanır.

  • Q
    Hesabımı silə bilərəmmi?
    A

    Bəli. Ayarlar → Hesabı Sil bölməsindən hesabınızı silə bilərsiniz.

    Bu əməliyyat geri dönülməzdir — bütün statistikalar, nailiyyətlər və alışlar silinəcək.

  • Q
    Statistikalarım nə vaxt güncəllənir?
    A

    Statistikalar hər 30 dəqiqədən bir avtomatik sinxronlaşdırılır.

    Dərhal yenilənməsini istəyirsinizsə profil səhifəsindəki "Yenilə" düyməsini basın.

  • Q
    Sıralamada nə üçün görünmürəm?
    A

    Sıralamaya daxil olmaq üçün son 30 gün ərzində minimum 10 oyun oynamış olmalısınız.

    Bu şərti yerinə yetirincə avtomatik olaraq sıralamada görünəcəksiniz.

  • Q
    K/D nisbətim necə hesablanır?
    A

    K/D = Ümumi Kill ÷ Ümumi Death.

    Ölümsüz oyunlarda death sayı 1 kimi götürülür ki, hesablamada sıfıra bölünmə baş verməsin.

  • Q
    Turnirə necə qeydiyyatdan keçirəm?
    A

    Turnirlər səhifəsinə keçin, aktiv turniri seçin və "Qeydiyyat" düyməsini basın.

    Fərdi turnirlərdə tək, komanda turnirlərdə isə klan olaraq qeydiyyatdan keçə bilərsiniz.

  • Q
    Turnir mükafatları necə ödənilir?
    A

    Mükafatlar bank köçürməsi, Kapital Bank kartı və ya PB Coin şəklində ödənilir.

    Ödəniş üçün profildə ödəniş məlumatlarınızı doldurmuş olmalısınız. Ödəniş 7 iş günü ərzində həyata keçirilir.

  • Q
    Turnirdən kənarlaşdırılsam hesabım bağlanırmı?
    A

    Xeyr, sadəcə həmin turnirdən kənarlaşdırılırsınız.

    Lakin ardıcıl qeydiyyatdan imtina hallarında növbəti turnirdən diskvalifikasiya ola bilərsiniz.

  • Q
    Sayt düzgün yüklənmir, nə edim?
    A

    Brauzer keşini təmizləyin (Ctrl+Shift+Delete) və səhifəni yenidən yükləyin.

    Problem davam edirsə fərqli brauzer sınayın. Bunlar da kömək etmirsə Əlaqə formu vasitəsilə bizimlə əlaqə saxlayın.

  • Q
    Mobil tətbiq varmı?
    A

    Hələlik rəsmi mobil tətbiq yoxdur. Lakin saytımız bütün mobil cihazlarda düzgün işləyir.

    Tətbiq tezliklə çıxacaq — xəbərlərə abunə olun.

  • Q
    Hansı brauzerlər dəstəklənir?
    A

    Chrome 90+, Firefox 88+, Safari 14+, Edge 90+ tam dəstəklənir. Internet Explorer dəstəklənmir.

TOP quick
menu